"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kubokunun təqvimindən gileylənib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, o, yerli futbol federasiyasını tənqid edib:
"Atletiko"nun hazırlaşmaq üçün cəm iki gününün olması mənə ədalətsizlik kimi görünür. Bu, federasiya tərəfindən edilən hörmətsizlikdir. Qarşıda vacib yarımfinal oyunu var. Federasiya anlamalıdır ki, bir komandanın hazırlaşmaq üçün cəmi 2 günü qalır. "Atletik" ilə çərşənbə günü yox, cümə axşamı oynasaq, nə dəyişəcəkdi?"
Qeyd edək ki, “Atletiko” fevralın 2-də “Malyorka”, 4-də isə "Real Madrid"lə qarşılaşacaq. Madrid derbisindən 2 gün sonra isə Simeonenin komandası Bilbao təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirməlidir.