Həndbol üzrə Azərbaycan çempionatlarında 11-ci turun təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qadınların liqasında hər iki oyun bu gün - fevralın 17-də keçiriləcək.
Lider “Qarabağ” çempionatın ortababı sayılan “İdman Akademiyası”nı sınağa çəkəcək. 15 xalla 2-3-cü yerləri bölüşdürən “Azəryol”la “Kür” münasibətlərinə aydınlıq gətirəcəklər.
Kişilərin liqasında isə mərkəzi oyunda lider “Kür” ən yaxın izləyicisi olan “Azəryol”u qəbul edəcək.
Qadınlar 17 fevral 10:00. “Qarabağ” – “İdman Akademiyası” 14:00. “Azəryol” – “Kür”
Xal durumu: “Qarabağ” – 18 xal, “Kür”, “Azəryol” – 15, “İdman Akademiyası” – 8, “Bakı” – 4, “Gənclər Birliyi” – 0.
Kişilər 17 fevral 12:00. “Bakı” – “Qarabağ” 18 fevral 14:00. “Kür” – “Azəryol” 19 fevral 19:00. “Təhsil” – “Dinamo”
Xal durumu: “Kür” – 17 xal, “Azəryol”, “Bakı” – 12, “Qarabağ” – 11, “Dinamo”, “İdman Akademiyası” – 3, “Təhsil” – 2.