"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş həbsxanadan çıxandan sonra ilk dəfə sosial şəbəkə hesablarında paylaşım edib.
Fanat.Az-ın məlumatına görə, "sambaçı" heç bir mənbəyə müsahibə vermədiyini bildirib:
“Heç bir KİV-ə müsahibə verməmişəm. Bu, doğru məlumat deyil. Məhkəmə prosesi başa çatmamış danışmaq fikrim yoxdur”.
Xatırladaq ki, Alveş Barselonadakı "Sutton" gecə klubunda qıza təcavüz etməkdə ittiham olunduğu üçün yanvarın 20-də nəzarətə götürülüb. Daha sonra braziliyalı müdafiəçi 4,5 il həbs cəzasına və mənəvi təzminat olaraq zərərçəkənə 150 min avro ödəməyə məhkum edilib. Ötən həftənin bazar ertəsi isə Dani 1 milyon avro qarşılığında zaminə buraxılıb.
Nihat