"Lester"in gənc futbolçusu Uesli Fofana komandasa ilk məşqini xatırlayıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı fransız müdafiəçi bu barədə "Sky Sports"a müsahibəsində danışıb:
“Lester"də ilk məşqim idi. Düşünürdüm ki, yeni olduğum üçün mənimlə tanış olarlar, nəvaziş göstərərlər, adaptasiya olmağım üçün vaxt verərlər. Məşq başladı. Topla isinmə hərəkəti zamanı Ceymi Vardi üstümə şığıyaraq sürüşmə fəndi ilə məni yıxdı. Şokda idim. Çünki ilk məşqimdə ağır zədə ala bilərdim. Buna görə onu cəzalandıracaqlarını fikirləşdim. Vardi yerindən qalxıb mənə gülümsədi və "İngiltərəyə xoş gəlmisən, Ues!" dedi. O an öz-özümə dedim ki, "Bu adamlar dəlidir, xüsusən də bu oğlan!"
Xatırladaq ki, Uesli Fofana 2020-ci ildə "Sent - Etyen" klubundan "Lester"ə transfer olunub.
Emin