Boksçularımızın "Strandja"da rəqibləri məlum oldu

Boksçularımızın "Strandja"da rəqibləri məlum oldu

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından Fanat.Az-a verilən məlumata görə, bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda milli üzvlərinin də rəqibləri bəlli olub.

İlk gündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaqlar.

Bolqarıstan, “Strandja” turniri 1/8 final 20 fevral Günel Rəhimova (48 kq) – Qloria Dameyda (Fransa) Anaxanım İsmayılova (50 kq) – Laura Fernandes (İspaniya) Məhsəti Həmzəyeva (57 kq) – Vinakşi (Hindistan) Şəhla Allahverdiyeva (66 kq) – Çarli Kavana (Kanada)

1/16 final 21 fevral Malik Həsənov (63,5 kq) – Şpetim Bayoku (Kosovo)

1/8 final 22 fevral Məhəmməd Abdullayev (+92 kq) – Yordan Morehon (Bolqarıstan) Zeynəb Rəhimova (54 kq) – Yuliya Koroli (Moldova)

1/2 final 25 fevral Aynur Rzayeva (+81 kq) – Monika (Hindistan)

“Strandja” turnirində 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Turnirin qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər