"Biz rus xalqıyıq, yalvarmağa nə ehtiyac var?" - Sergey Yuran

"Biz rus xalqıyıq, yalvarmağa nə ehtiyac var?" - Sergey Yuran

Azərbaycanlı futbol azarkeşlərinin daha çox "Simurq"un sabiq baş məşqçisi kimi tanıdığı rusiyalı mütəxəssis Sergey Yuran Rusiya Futbol İttifaqının (RFİ) UEFA-dan imtina edərək Asiya Futbol Konfederasiyasına (AFK) keçmək planına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "RB Sport" onun dediklərini belə çatdırıb:

"Bizi Avropada görmək istəmirlərsə, onlara minnətçi düşməyə nə ehtiyac var? Biz rus xalqıyıq! Asiya variantı varsa, niyə də olmasın? İstənilən futbolçu üçün daxili birinciliklər əladır. Amma başqa ölkələrlə üz-üzə gəlmək də vacibdir. Qərarı gözləyirik. Yəqin ki, RFİ-dəkilərin bu barədə daha çox məlumatı var. Bizi UEFA-dan neçə il müddətinə kənarlaşdırdıqlarını öyrənmək və uyğun addım atmaq lazımdır. Qoy öz qazanlarında özləri bişsinlər. Bizim uşaqlar oynamalı, yarışmalıdırlar".

Xatırladaq ki, Rusiya Federasiyası Ukrayna ərazisini işğal etdiyi üçün ölkənin yığmaları və klubları FİFA və UEFA bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıblar.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər