Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazanmış Azərbaycan boksçusu Alfonso Dominqes federasiyanın rəsmi saytına açıqlama verib. Fanat.Az xəbər verir ki, 86 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançı sevincinin həddi-hüdudunun olmadığını bildirib. Dominqes vurğulayıb ki, Serbiyada Zəfər Günü ərəfəsində Azərbaycan himnini səsləndirməsindən gözəl duyğu ola bilməz: “Yarışla bağlı təəssüratlarım əladır. Bir az yorğunluq var, çünki döyüşlərimin sayı çox oldu. Amma buna baxmayaraq, inamlı çıxış sayəsində arzuladığım uğuru qazandım. Bu, Zəfər Günü ərəfəsində olduğu üçün çox sevincliyəm. Bir daha şəhidlərimizə allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Bu uğuru da şəhidlərimizə həsr edirəm”. O, yarımfinalda kubalı Ruis Kordoba ilə döyüşdən sonra rəqibinin əlini qaldırmasından da danışıb. Alfonsonun sözlərinə görə, həmyerlisi ilə münasibəti çox yaxşıdır: “Biz rinqdən kənarda dostuq. Amma döyüşdə o, Kubanı, mən Azərbaycanı təmsil edirəm. Bu səbəbdən də rinqdə mübarizə aparmalıyıq. Olimpiadada qızıl medal qazana bilmədim, bürünc mükafat əldə etdim. Bundan sonra artıq dünya çempionatının hazırlığına başladım. Öz üzərimdə işləyərək qızıl medal qazandım. İnanıram ki, uğurun ardını gətirəcəyəm”.
"Biz onunla rinqdən kənarda dostuq, amma..." - Alfonso Dominqes
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Boks
21:14
12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Boks
16:47
11.10.2026
Cəmilə Muradlı Avropa çempionu oldu
Boks
17:44
09.10.2026
Səma rusiyalı rəqibini yenərək AÇ-nin finalına vəsiqə qazandı
Boks
18:41
01.10.2026
Azərbaycan idmançılarının oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb