"Betonda məşq edirik" - Ədəhim Niftəliyev

"Betonda məşq edirik" - Ədəhim Niftəliyev

Birinci Liqanın 14-cü turunda "Mingəçevir" evdə MOİK ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.  "Şəhərlilər" in baş məşqçisi Ədəhim Niftəliyevlə əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Erkən qol buraxacağımızı gözləmirdik. Futbolçularımın texniki səhvindən qapımızda qol gördük. Deməzdim ki, biz fiziki göstəricilərdə rəqibdən geri qalırıq. 90 dəqiqə hücum futbolu oynamışıq. Bundan əlavə, bütün mövqelərdə problemlər var. Həkimimiz yoxdur deyə, zədəli oyunçuları bərpa edə bilmirik. Müayinə üçün futbolçuları Gəncəyə və Bakıya göndəririk. Amma həkim Mingəçevirdə olmadığına görə bu bizi yorur. Demək olar ki, hər məşq bir oyunçu itiririk. Meydançada su sistemi yoxdur deyə, ot örtüyü bərbad vəziyyətdədir. Elə hesab edin ki, betonda məşq edirik. Əsas heyəti formalaşdıra bilmirəm. Maddi cəhətdən kluba dəstək olsa, hər şey yaxşı olacaq. Ancaq federasiyanın maddi yardımları ilə ayaqda qalmışıq. Bizim qarşımıza məqsəd qoyulub ki, Birinci Liqanı tərk etməyək. Maddi dəstək olunsa, mövsümü ilk "dördlük"də də bitirə bilərik. Stadion və həkim problemləri motivasiya verməyə mane olur".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər