Benzema sıradan çıxdı

Benzema sıradan çıxdı

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema  Səudiyyə Ərəbistanı çempionatının 4-cü turu çərçivəsində keçirilən matçda - "Əl-Vahda" ilə oyunda (3:0) zədələnib.

Fanat.Az xəbər verir ki, Əlcəzair əsilli fransalı forvard Məkkədəki görüşün 42-ci dəqiqəsində əvəzlənib.

Onun dizaltı vətərlərinin xəsarət aldığı ehtimal edilir.

Benzema bu yay "Real Madrid"dən azad agent qismində ayrılaraq "Əl-İttihad"la müddəti 2026-cı ilə qədər olan müqavilə bağlayıb. Onun komandası cari mövsüm çıxdığı bütün çempionat oyunlarını qələbə ilə başa vurub. Dörd qarşılaşmadan üçündə meydanda olan Kərim 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər