Bastoni nəhənglərin hədəfində

Bastoni nəhənglərin hədəfində

"İnter"in müdafiəçisi Alessandro Bastoni nəhənglərin diqqətini cəlb edib. 

Fanat.Az xəbər verir ki, 23 yaşlı italiyalı futbolçusu PSJ və "Mançester Siti"nin hədəfindədir. 

Məlumatı "Tuttosport" yayıb. Hər iki klub Bastoninin transferi uğrunda mübarizə aparacaq. 

Onu da qeyd edək ki, "İnter" müdafiəçisini komandada saxlamaq istəyib. Lakin yeni müqavilə futbolçunu qane etmir. Alessandronun çox qazanmaq istəyi yeni sözləşmənin bağlanmasına mane olur. 

Röya  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər