"Başakşehir" Mahirə görə nə qədər ödəmək istəyir? - MƏBLƏĞ

"Başakşehir" Mahirə görə nə qədər ödəmək istəyir? - MƏBLƏĞ

"Başakşehir" Mahir Emreliyə görə Polşanın "Legiya" klubuna 1 milyon avro ödəmək istəmir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Türkiyə təmsilçisi millimizin hücumçusu ilə şifahi razılığa gəlsə də, Varşava təmsilçisinin tələb etdiyi təzminat məbləği keçidin rəsmiləşməsini ləngidir.

Düzdür, daha öncə Emreliyə 3 milyon avro qiymət qoyan "Legiya" rəhbərliyi sonradan reallıqla barışaraq 1 milyon üzərində dayanıb. Lakin Super Liqa klubunun idarəçiləri bunun da çox olduğunu düşünür. İstanbul klubu qiyməti 750 min avroya endirmək istəyir.

Hazırda tərəflər danışıqları davam etdirir.

Emin  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər