"Barselona"nın müdafiəçisi İngiltərə yolunda

"Barselona"nın müdafiəçisi İngiltərə yolunda

"Barselona"nın müdafiəçisi Ronald Arauxo karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, onun xidmətində "Mançester Yunayted" maraqlıdır.

Mənbə "qırmızı şeytanlar"ın baş məşqçisi Ralf Ranqnikin Arauxonu sərəncamında görmək istədiyini vurğulayıb. Sözügedən İngiltərə təmsilçsinin arxa xətt oyunçusunun transferi üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Ronald Arauxonun "Barselona" ilə olan müqaviləsinin müddəti 2023-cü ilin iyun ayına qədərdir. Bu mövsüm İspaniya çempionatında 14 oyuna çıxan uruqvaylı müdafiəçi 2 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər