Valverde: "Dembeleyə yardımçı olmalıyıq"

Valverde: "Dembeleyə yardımçı olmalıyıq"
"Barselona”nın baş məşqçisi Ernesto Valverde son vaxtlar tənqidlərə məruz qalan Usman Dembele haqda danışıb.
 
Fanat.Az xəbər verir ki, çalışdırıcı belə deyib: "Dembele anadangəlmə istedada malik oyunçudu. Buna görə də, ondan çox şey gözləyirik. O komandanın bir hissəsidi. İndi mətbuatın təzyiqi altındadı. Formaya düşməsi, təzyiqi dəf etməsi üçün ona yardımçı olmalıyıq”.
 
İspaniya mətbuatı əyləncələrə çox vaxt ayıran, fastfuddan ifrat həddə istifadə edən və bir neçə dəfə qeyri-peşəkar davranışlarıyla diqqət çəkən hücumçunu tez-tez hədəfə alır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər