"Breşia"nın hücumçusu Mario Balotelli İtaliya C Seriyasında çıxış edən "Komo"ya keçə bilər.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "Komo" hazırda Balotelli ilə danışıqlar aparır. Üçüncü divizion təmsilçisi 29 yaşlı futbolçunun maddi tələblərini qarşılamağa hazırdı.
"Komo" 2019-20 mövsümündə C Seriyasında 13-cü olub. Lakin İndoneziyadan olan yeni sahiblərinin rəhbərliyi altında klubun gələcəkdə böyük uğurlara imza atmağı planlaşdırdığı və bu yöndə layihə hazırlandığı bildirilir.
Daha öncə "Breşia" Baloya müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilməsini təklif etsə də, o, rədd cavabı vermişdi.
Cari mövsümdə A Seriyasında 19 matçda meydana çıxan forvard 5 qolla yadda qalıb.
Fanat.Az