"Davide Astorinin başına gələnlərə görə çox da məyus deyilik. Çünki onu tanımırdıq. Hamı bu dünyadan gedəcək. O, indi daha yaxşı dünyadadı. Ona qalsa, hər gün acından minlərlə uşaq ölür və onlara lazım olan diqqət ayrılmır” deyən Daniel Alvesin futbolçu ölümünə reaksiyası Mario Balotellini qıcıqlandırıb.
Fanat.Az xəbər verir ki, "Nitsa”nın forvardı PSJ-nin braziliyalı müdafiəçisini tənqid edib: "Alvesi anlaya bilmədim. Belə durumda insan sadəcə, başsağlığı verməli, məyusluğunu ifadə etməli və ağzına gələni danışmamalıdı. Ölüm haqda belə sözlər danışmaq olmaz”.
Maraqlıdı ki, Alves həmkarının tənqidindən sonra tvitter hesabında bir neçə cümlə yazıb: "Bizim dünyamızda səsini, sözünü başqalarına çatdırmaq istəyirsənsə, həyasız olmalısan. Balotelinyonun nəyə görə belə dediyini bilirəm. Amma mən heç kimi incitmək istəməmişəm. İstənilən halda sözlərimi fərqli anlayanların hamısından üzr istəyirəm”.
Fanat.Az