Azərbaycanlı qrossmeyster İtaliyada üçüncü oldu

Azərbaycanlı qrossmeyster İtaliyada üçüncü oldu

Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyanın Trevizo şəhərində keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutub.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster sonuncu- doqquzuncu turda italiyalı Alessandro Brotto ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib.

Beləliklə, 6,5 xal toplayan Səfərli 12 şahmatçı arasında ilk "üçlüy"ü qapayıb. O, yarışın qalibi olan ukraynalı Vitali Bernadskidən bir xal geri qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər