Azərbaycan millisi dünya ikincisi oldu

Azərbaycan millisi dünya ikincisi oldu

Bu gün Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-20 dünya çempionatı keçirilib.

Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) təmsil edib.

Millimiz məsul yarışda bir dəst medal qazanıb. Fərid Cabbarov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Zəfər Əliyev gümüş, Rübail İbrahimli isə bürünc medal qazanıb.

Azərbaycan 68 alla komanda hesabında dünya 2-cisi olub. Rumıniya 95 xalla birinci, Moldova isə 35 xalla üçüncü yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər