Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib

Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da start götürüb.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. "Turan Tovuz" isə ölkə kubokuna qatılmaqdan imtina edib.

Azərbaycan Kuboku

1/8 final

1. MOİK - "Qəbələ" 2. "Keşlə" - "Qaradağ Lökbatan" 3. "Sabah" - "Kəpəz" 4. "Zaqatala" - "Səbail"

1/4 final

1. "Zirə" - "Zaqatala" / "Səbail" 2. "Sumqayıt" - MOİK / "Qəbələ" 3. "Qarabağ" - "Keşlə" / "Qaradağ Lökbatan" 4. "Neftçi" - "Sabah" / "Kəpəz"

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər