Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb. 

Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rumıniyalı Denis Mihay ilə üz-üzə gəlib. Rəqibinə 6:1 hesabıyla qalib gələn Quluzadə dünya çempionu olub.

Bu, yunan-Roma güləşçilərimizin mundialda ilk medalı olub. 

Qeyd edək ki, bu gün yığma üzvlərindən Xasay Həsənli (77 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal görüşünə çıxacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər