Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan yığma komandası yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.
Qadınlar
-48 kq. Leyla Əliyeva - Katharina Tanzer (Avstriya)
-52 kq. Gültac Məmmədəliyeva - Leonye Qonzalez (Fransa) / Binta Ndyaye (İsveçrə) görüşünün qalibi ilə
-57 kq. Acelya Toprak - Nino Loladze (Gürcüstan) Fidan Əlizadə - İrina Zueva (Fərdi Neytral İdmançılar) / Qvantsa Mtçedlişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə
Kişilər
-60 kq. Balabəy Ağayev - Vicay Kumar Yadav (Hindistan) Turan Bayramov - Kvanq cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) qarşılaşmasının qalibi
-66 kq. Ruslan Paşayev - Qiqi Otyaşvili (Gürcüstan) Rəşad Yelkiyev - Olu Kubaniçbek Aybek (Qırğızıstan)
-73 kq. İbrahim Əliyev - Mark Xristov (Bolqarıstan)
-81 kq. Məhərrəm İmamverdiyev - Asad Masabirov (Qırğızıstan) Ömər Rəcəbli - Tomas Morales (Argentina)
-90 kq. Elcan Hacıyev - Camal Petqrave (Böyük Britaniya) / Davit Ağasaryan (Amerika Birləşmiş Ştatları) Vüqar Talıbov - Aleks Barto (Slovakiya)
+100 kq. Uşanqi Kokauri - Marvin Qadeo (Monako) Camal Qamzatxanov - Şoxruxxon Baxtiyorov (Özbəkistan)