Azərbaycan çempionatının püşkü atıldı

Azərbaycan çempionatının püşkü atıldı

Həndbol üzrə XXX Azərbaycan çempionatının təqvimi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, kişi və qadınlar arasında təşkil olunacaq yarışın püşkatma mərasimi keçirilib.

2023/2024 mövsümünə noyabrın 11-12-də keçiriləcək I turun oyunları ilə start veriləcək. Qadınlarda 6 (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür”, “Qarabağ”), kişilərdə isə 7 (“Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil”, “Qarabağ”) komanda mübarizə aparacaq.

1-ci turun təqvimi:

Qadınlar 11 noyabr 13:00. “Azəryol” - “Gənclər Birliyi” 17:00. “Kür” – “Qarabağ” 12 noyabr 13:00. “Bakı” - “İdman Akademiyası”

Kişilər 11 noyabr 15:00. “Kür” – “Təhsil” 12 noyabr 11:00. “İdman Akademiyası” - “Dinamo” 15:00. “Azəryol” - “Qarabağ”

Qeyd edək ki, ölkə çempionatının oyunları “AHF Arena”da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər