UEFA prezidenti Aleksandr Çeferin azarkeşlərin tribunalara qaytarılmasından danışıb.
Fanat.Az xəbər verir ki, Avropa futbol qurumunun başqanı belə deyib:
"Əlbəttə, virusun yaşamda fasilə yaradacaq gücə sahib olduğunu bilirik. Bu qəbildən futbol da istisna deyil. Ancaq əminəm ki, böhranın öhdəsindən gələcək, daha güclü, daha müdrik olacağıq. Futbol ictimaiyyəti çətin günlərdə nəinki birlik və həmraylik, eləcə də dostluq, qarşılıqlı hörmət nümayiş etdirdi.
İnsanların tribunalara qaytarılması gözəl hisslərə meydan verəcək. Belədə mən də hamı kimi, özümü daha yaxşı hiss edərəm. Nikbin insanam. Ən qısa zamanda tərəfdarların stadionlara dönəcəyinə inanıram".
Fanat.Az