Ayzayanın son vəziyyəti nə yerdədir? - Özü açıqladı

Ayzayanın son vəziyyəti nə yerdədir? - Özü açıqladı

“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı nigeriyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb. Müayinələrdən sonra onun sağ dizinin iç bağlarının xəsarət aldığı müəyyənləşib. Bərpa prosesinə başlayan Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.

Yarımmüdafiəçi klubun saytına açıqlamasında meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar bərpa prosesi keçirəm. Gündəlik həkim müayinələrində olur, müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər