"Ayntraxt"ın kapitanının başına tikiş qoyuldu

"Ayntraxt"ın kapitanının başına tikiş qoyuldu

"Ayntraxt"ın (Frankfurt, Almaniya) kapitanı Sebastian Rode "Qlazqo Reyncers"ə (Şotlandiya) qarşı Avroliqanın final matçında ciddi xəsarət alıb. 

Fanat.Az xəbər verir ki, oyunun 5-ci dəqiqəsində toqquşma zamanı futbolçunun başı yarılıb. Həkimlərin müdaxiləsindən sonra meydana qayıdan Rode 90 dəqiqə mübarizə aparıb. 

"Bild" nəşrinin yaydığı məlumata görə, futbolçunun zədəsi ciddi olub və başına 8 tikiş atılıb. 

Qeyd edək ki, finalın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalib penaltilər seriyasında bəlli olub. 5:4 hesabı ilə üstün olan alman klubu Avropa Liqasının qalibi olub. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər