“Ayaks”ın 8 illik seriyası qırıldı - Klub tarixinin ən pis nəticəsi

“Ayaks”ın 8 illik seriyası qırıldı - Klub tarixinin ən pis nəticəsi

Böhran yaşayan "Ayaks" Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun matçında iki qol buraxaraq İngiltərədə "Brayton"a məğlub (0:2) olub. 

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bu, Amsterdam klubunun 2015-ci ildən sonra Avropa Liqasının qrup mərhələsində ilk məğlubiyyəti olub.

"Ayaks" sonuncu dəfə 2015-ci ilin oktyabrında Türkiyənin "Fənərbağça" klubuna uduzub - 0:1. O vaxtdan bəri komanda 11 oyun keçirib, 5 qələbə qazanıb, 6 heç-heçə edib.  Həmçinin, “Brayton” – “Ayaks” oyunu "Ayaks"ın ardıcıl 9-cu qələbəsiz matçıdır ki, bu da klub tarixindəki ən pis seriyadır (1954-cü ildə Hollandiyada peşəkar liqanın yaranmasından bəri hesablanır).

İki həftə sonra komandalar yenidən - 4-cü turda oynayacaqlar.

Amsterdamlılar cəmi 2 xal toplayıb və B qrupunda turnir cədvəlini qapayır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər