"Ayaks" fanatlarına görə "tərlədi"

"Ayaks" fanatlarına görə "tərlədi"
UEFA "Ayaks”ı cəzalandırıb.
 
Fanat.Az xəbər verir ki, səbəb klubun fanatlarının Avropa Liqasının 1/16 finalı çərçivəsində keçirilən ilk görüşdə - "Xetafe” ilə İspaniyadakı dueldə qeyri-etik davranışlarıdı. UEFA "Ayaks”a 53 min 250 avro pul cəriməsi kəsib.
 
Radikal tərəfdarlar Niderland komandasının 0:2 hesabıyla yenildiyi qarşılaşmada meydana yad əşyalar atıb, tribunanın oturacaqlarını sındırıb.
 
"Ayaks” rəsmi saytı vasitəsi ilə hadisəni törədən fanatları müəyyənləşdirərək uyğun prosedurlara başlayacaqlarını bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər