Avropa Oyunlarında şahmat yarışı keçiriləcək

Avropa Oyunlarında şahmat yarışı keçiriləcək

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunları çərçivəsində Azərbaycan komandasının iştirak edəcəyi şahmat yarışı keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Avropa Şahmat İttifaqının saytı yayıb. Məlumatda Avropa Oyunları çərçivəsində şahmat turnirinin iyunun 19-da baş tutacağı qeyd edilib. 

Qoşa blits formatında keçiriləcək yarışda Azərbaycan, Ukrayna, Fransa, Polşa, Rumıniya, Almaniya, Ermənistan və Niderland komandaları iştirak edəcək. Hər komanda gender bərabərliyinə uyğun olaraq iki oyunçudan ibarət olacaq.

Reqlamentə gəlincə, əvvəlcə komandalar dairəvi sistemlə yarışacaq. Beləliklə, onlar pley-offda mübarizəni davam etdirəcək 4 komandanı müəyyənləşdirəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər