Avropa Kuboku: "Vüqar Həşimov"dan qələbə, "Odlar Yurdu" yenə uduzdu

Avropa Kuboku: "Vüqar Həşimov"dan qələbə, "Odlar Yurdu" yenə uduzdu

Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Kubokunda növbəti oyunlarını keçirib.

Fanat.Az xəbər verir ki, "Vüqar Həşimov" IV turda İsveçin "Rokaden" klubuna qalib gəlib.

"Odlar Yurdu" isə Polşa təmsilçisi "Bidqoş"a uduzub. Bu, qadınlardan ibarət kollektivin ardıcıl 2-ci məğlubiyyəti olub.

Kişilər

IV tur

"Rokaden" (İsveç) - "Vüqar Həşimov" - 1,5:4,5

Erik Blomkvist - Rauf Məmmədov - 0,5:0,5

Yunq-Min Seo - Kiril Şevçenko - 0:1

Edvin Trost - Misrətdin İskəndərov - 0,5:0,5

Teodor Könneskoq - Vüqar Əsədli - 0:1

Erik Hedman - Əhməd Əhmədzadə - 0:1

Robert Bator - Ülvi Sadıqov - 0,5:0,5

Qadınlar

IV tur

"Odlar Yurdu" - "Bidqoş" (Polşa) - 1:3

Günay Məmmədzadə - Alina Kaşlinskaya - 0:1

Ülviyyə Fətəliyeva - Olivia Kiolbasa - 0,5:0,5

Gülnar Məmmədova - Karina Çifka - 0,5:0,5

Xanım Balacayeva - Yoanna Maydan - 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər