Avropa Kuboku: Hər iki komandamızdan qələbə

Avropa Kuboku: Hər iki komandamızdan qələbə

Azərbaycanın şahmat üzrə kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Kubokunda növbəti oyunlarını keçirib.

Fanat.Az xəbər verir ki, V turda "Vüqar Həşimov" Çexiyanın "Moravska Slaviya", "Odlar Yurdu" isə İsrailin "Hayfa Neşer" kollektivinə qalib gəlib.

V tur

Kişilər

"Moravska Slaviya" (Çexiya) - "Vüqar Həşimov" - 2,5:3,5

Bartolomey Heberla - Rauf Məmmədov - 0,5:0,5

Martin Nugebauer - Kirill Şevçenko - 0,5:0,5

Tomas Polak - Misrətdin İskəndərov - 0,5:0,5

Yakub Kusa - Vüqar Əsədli - 0,5:0,5

Yakub Rubalik - Əhməd Əhmədzadə - 0,5:0,5

Yatsim Nemets - Xəzər Babazadə - 0:1

Qadınlar

"Hayfa Neşer" (İsrail) - "Odlar Yurdu" - 0:4

Anastasiya Rahmanqulova - Günay Məmmədzadə - 0:1

Ronit Levitan - Ülviyyə Fətəliyeva - 0:1

Hoqa Orian - Gülnar Məmmədova - 0:1

Alina Qolovçanskaya - Xanım Balacayeva - 0:1

Qeyd edək ki, 5 turdan sonra "Vüqar Həşimov" komandası 8 xalla 7-ci, "Odlar Yurdu" isə 6 xalla 5-ci pillədə qərarlaşıb. Kişilərin turnirində 70, qadınlarda 17 komanda çıxış edir. Hər iki mübarizə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər