Avropa çempionları Vətəndə

Avropa çempionları Vətəndə

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında komanda hesabında çempion olan sərbəst güləş üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, yığmanın heyətində Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər