"Atletik Mineyro"dan "qızıl dubl" - VİDEO

"Atletik Mineyro"dan "qızıl dubl" - VİDEO

Braziliya kubokunun finalının cavab oyununda "Atletik Mineyro" səfərdə "Atletiko Paranaense"ni 2:1 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, qalib komandanın qollarından birini Braziliya millisinin hücumçusu Halk vurub.

Oyunda hesabı 25-ci dəqiqədə "Atletik Mineyro"nun yarımmüdafiəçisi Keno açıb. Meydan sahiblərinin qələbə qolunu isə 87-ci dəqiqədə Ceyderson vurub.

Görüşün videoicmalını təqdim edirik: 

 

İlk oyunda öz meydanında 4:0 hesabı ilə qələbə qazanan "Atletik Mineyro" iki oyunun nəticəsinə görə kuboku qazanıb.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl "Atletik Mineyro" həm də Braziliya çempionu olub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər