"Real"ın uzun müddətdi heyətinə qatmaq istədiyi Mauro İkarda "İnter"də qalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə arentinalı futbolçunun həyat yoldaşı və meneceri Vanda Nara məlumat verib.
Nara "Twitter"də etdiyi paylaşımda "Gecə saat 00.30-du və mən hələ də müqavilənin səhifələrini oxuyuram" yazıb və həyat yoldaşını etiketləyib.
Bundan sonra "İnter"in İkardi ilə 2023-cü ilədək yeni müqavilə imzaladığı və maaşını 7 milyon avroya qaldırdığı bildirilib.
Qeyd edək ki, İkardi bu mövsüm oynadığı 19 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az