Arteta "ayağı bağlanan" Haverts barədə nə dedi?

Arteta "ayağı bağlanan" Haverts barədə nə dedi?

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın "qol orucu"na tutulan forvardından - Kay Havertsdən danışıb.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin dediklərini sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

“Biz ona mümkün qədər kömək etməyə çalışırıq. Kaya inanmalı və oynamaq verməliyik ki, istedadından istifadə etsin. Onun özünəməxsus üstünlükləri az deyil. Lakin oyununda inkişaf etdirməli olduğu elementlər də var. Biz onunlayıq”.

Bu mövsüm alman futbolçu "Arsenal" forması ilə 8 matça çıxsa da, nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

24 yaşlı Haverts “Arsenal”a bu yay “Çelsi”dən keçib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər