Rusiya millisinin bir neçə keçmiş oyunçusu Norilsk futbol festivalına qatılaraq futzal oynayıblar.
Fanat.Az “Rossiyskaya qazeta”ya istinadla xəbər verir ki, Yeqor Titov, Andrey Tixonov, Dmitri Sıçev, Vladimir Bıstrov, Ruslan Pimenov və Andrey Arşavinin iştirak etdiyi oyunların birində sonuncunun cərimə zərbəsindən ustalıqla vurduğu qol böyük rəğbətlə qarşılanıb.
Arşavinin cərimə zərbəsindən futbolçuların və qapıçının başı üzərindən atdığı gözəl qolun videosu sosial şəbəkələrdə qısa müddətdə milyonlarla baxış toplayıb.