Argentina Uruqvayı üstələdi - VİDEO

Argentina Uruqvayı üstələdi - VİDEO

Futbol üzrə Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, ikiqat dünya çempionları səfərdə Uruqvayla qarşılaşıb. 

"Kampeon del Siqlo" stadionundakı qarşılaşma Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Anxel Di Mariya vurub.

Lionel Messi 76-cı dəqiqədə meydana daxil olub.    28 xalla turnir cədvəlində ikinci yerdə olan Argentina noyabrın 17-də qrup birincisi Braziliyanı qəbul edəcək, Uruqvay isə (16 xal) Boliviyanın qonağı olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər