Antonio Rüdiger zədələndi

Antonio Rüdiger zədələndi

Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger ölkəsində keçirilən Avropa çempionatında zədələnib.

Fanat.Az "Football Espana" nəşrinə istinadən xəbər verir ki, bunu "bundestim"in baş məşqçisi Yulian Nagelsmann deyib.

O, Rüdigerin qitə birinciliyinin qrup mərhələsinin 3-cü turu çərçivəsində dünən İsveçrəyə qarşı keçirdikləri matçda xəsarət aldığını söyləyib: " Antuan ombasından zədələnib. Ümid edirəm ki, ona ciddi bir şey olmayıb. Bu, bizə problem yarada bilər".

Qeyd edək ki, Almaniya yığması A qrupundakı mübarizəni 7 xalla başa vuraraq 1/8 finala lider qismində vəsiqə qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər