Anri Zidanın hara gedəcəyini açıqladı

Anri Zidanın hara gedəcəyini açıqladı

Fransalı mütəxəssis Tyerri Anri Zinəddin Zidanın mümkün iş yeri ilə bağlı açıqlama verib. 

Fanat.Az-ın məlumatına görə, "CBS Sports Golazo" sabiq hücumçunun dediklərini belə çatdırıb:   

"Zidanın adı bir çox klublarla hallandırılır. Amma Zizunun "Yuventus"u çalışdırmaq istədiyini düşünmürəm. Onun Fransa millisinində baş məşqçi postunun boşalacağını səbirsizliklə gözlədiyini fikirləşirəm və bu, məntiqlidir".

Qeyd edək ki, Zinəddin Zidan bugünlərdə verdiyi açıqlamada tezliklə yenidən baş məşqçi postuna qayıdacağını açıqlamışdı. O, məşqçilik karyerası ərzində yalnız "Real Madrid"i çalışdırıb. 2016-2018 və 2019-2021-ci illər ərzində fransalı "kral klubu"na üç Çempionlar Liqası, iki La Liqa, iki İspaniya Superkuboku, bir Avropa Superkuboku və iki dəfə klublararası dünya çempionluğunu qazandırıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər