Anri federasiya rəhbərliyi ilə danışdı - Millini çalışdırmaq istəyir

Anri federasiya rəhbərliyi ilə danışdı - Millini çalışdırmaq istəyir

Tanınmış mütəxəssis Tyerri Anri milli komandanın baş məşqçisi olmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı HLN yayıb.

Xəbərə görə, Fransa millisinin və London "Arsenal"ının sabiq hücumçusu Belçika yığmasını çalışdırmaq niyyətindədir. Mənbə Anrinin artıq Belçika Futbol Federasiyasının rəhbərliyi ilə əlaqə saxlayaraq bu barədə danışdığını vurğulayıb.

Qeyd edək ki, Anri daha öncə də Belçika seçməsində işləyib. O, DÇ-2022-dən sonra "qırmızı iblislər"in baş məşqçi postunu tərk edən Robert Martinesin köməkçisi olub.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər