Andrey Şevçenko istefaya göndərildi

Andrey Şevçenko istefaya göndərildi

İtaliyanın "Cenoa" klubu baş məşqçisi Andrey Şevçenkonu istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı A Seriyası təmsilçisinin rəsmi saytı yayıb. 

46 yaşlı ukraynalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Qeyd edək ki, Şevçenko "Cenoa"ya ötən ilin noyabrında gəlib. Komanda onun rəhbərliyi altında A Seriyasında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda 21 turdan sonra 12 xalla 19-cu yerdə gedir. "Cenoa" İtaliya Kubokunda da mübarizəni dayandırıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər