"Real Madrid" baş məşqçisini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, Karlo Ançelottinin yerini "Çelsi"nin sabiq çalışdırıcısı Tomas Tuxel tutacaq.
Məlumatı "Bild" nəşri yayıb. Xəbərə görə, artıq almaniyalı mütəxəssis ispan dilini öyrənməyə başlayıb.
Qeyd edək ki, daha öncə Karlo Ançelottinin Madriddən ayrılaraq Braziliya millisinə keçəcəyi bildirilirdi.
Röya