Ançelotti Modriçin ardıcıl 2 matçda ehtiyatda qalmasından danışdı

Ançelotti Modriçin ardıcıl 2 matçda ehtiyatda qalmasından danışdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 11 ildir "Kral klubu"nun formasını geyinən Luka Modriçin ilk dəfə ardıcıl 2 matçda ehtiyatda qalmasından danışıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin dediklərini şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

"Nə Lukanın bizimlə problemi var, nə də bizim onunla. Hər şey qaydasındadır. Hə, o, oynamayıb, ancaq növbəti matçda meydana çıxa bilər. Bir görüşdə Modriç ehtiyatda qalacaq, digərində Kroos, Tçuameni və ya Kamavinqa".

Xatırladaq ki, Modriç "Real"a 2012-ci ilin yayında "Tottenhem"dən transfer olunub. İndiyədək "Real" forması ilə 495 qarşılaşmada iştirak edən xorvat 37 qol, 77 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər