Ançelotti Modriçə əsəbləşdi: "Beynimi xarab eləmə..."

Ançelotti Modriçə əsəbləşdi: "Beynimi xarab eləmə..."

DÇ-2022-yə görə yaranan fasilədən sonra "Real Madrid" ilk oyununu dekabrın 30-da "Valyadolid"ə qarşı keçirəcək. 

Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, "kral klubu"nun aparıcı futbolçusu Luka Modriç baş məşqçi Karlo Ançelottiyə “Valyadolid”lə görüşdə oynamağa hazır olduğunu bildirib. 

Baxmayaraq ki, Xorvatiya millisinin kapitanına istirahət verilib. Belədə Ançelotti Modriçə bu sözlərlə cavab verib: “Luka, beynimi xarab etmə, sən bütün dünya çempionatını oynadın, fasilə ver”.

Qeyd edək ki, Xorvatiya DÇ-2022-də son olaraq Mərakeşə qalib gələrək dünya üçüncüsü olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər