Ançelotti Bellingemlə Kakanı müqayisə etdi: "Onda bu keyfiyyətlər yox idi"

Ançelotti Bellingemlə Kakanı müqayisə etdi: "Onda bu keyfiyyətlər yox idi"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Cud Bellingemlə "Los Blancos"un sabiq futbolçusu Kaka arasında paralellik aparıb.

Fanat.Az xəbər verir ki, AS nəşri italyan çalışdırıcının dediklərini belə təqdim edib:   “Onlar arasında oxşarlıqlar varmı? Kaka tez-tez cərimə meydançasına girirdi, lakin onda Cudun malik olduğu bəzi keyfiyyətlər yox idi. Braziliyalı ilə "Real"ın oyun sistemi fərqli idi. Onun əsas silahı topla işləməkdi. Bellingem isə hərəkətləri və sərbəst zonalar axtarışı sayəsində qapı qarşısında həyəcan yaradır”.

Bellingem bu mövsüm Madrid nəhənginin heyətində 18 oyun keçirib. İngilis futbolçu bu görüşlərdə 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər