Petrovaçda (Monteneqro) qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda X turun görüşləri keçiriləcək.
AÇ-də 14 azərbaycanlı iti zəka sahibi iştirak edir. Bunlar Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynovadır.
Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və yayda Bakıda keçiriləcək Dünya Kubokuna seçim xarakteri daşıyır. Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva ötən illərin qitə birinciliklərinin nəticələrinə görə Dünya Kubokuna vəsiqə qazanıblar. Gövhər Beydullayeva isə gənclər arasında dünya çempionatının qalibi kimi bu hüquqa yiyələnib.
Qeyd edək ki, ötən il Avropa çempionatında Məmmədzadə gümüş, Fətəliyeva isə bürünc medal qazanıb.
Avropa çempionatı X tur Gövhər Beydullayeva - Klaudia Kulon (Polşa) Günay Məmmədzadə - Məryəm Mkrtçyan (Ermənistan) Türkan Məmmədyarova - Sofi Mille (Fransa) Gülnar Məmmədova - Marina Qayçin (Serbiya) Ülviyyə Fətəliyeva - Nadya Şpanko (Sloveniya) Xəyalə Abdulla - Ema Valter (Slovakiya) Klin Suqja (Albaniya) - Ləman Hacıyeva Aqnes Ter-Avetisyan (Latviya) - Səbinə İbrahimova Ayan İbrahimova - Yekaterina Pervulesku (Rumıniya) Mələk İsmayıl - Maritsa Tsyrulnik (Ukrayna) Mariana Silva (Portuqaliya) - Nərmin Abdinova Tamila Maşenko (Ukrayna) - Lalə Hüseynova Nazlı Hümbətova - Renesa Saraçi (Kosovo)
Turnir cədvəli: 1. Aleksandra Maltsevskaya (Polşa), 2. Meri Arabidze (Gürcüstan), 3. Oliviya Kiolbasa (Polşa) - hərəyə 7 xal. 16. Beydullayeva - 6 xal.