Almanların yarısı mundialın əleyhinə çıxdı

Almanların yarısı mundialın əleyhinə çıxdı

Almaniyalıların az qala yarısı millinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirakına qarşıdır.

Fanat.Az "OMG Bulletin"ə istinadən xəbər verir ki, Britaniyanın beynəlxalq bazar araşdırması və məlumatların təhlili şirkəti "YouGov" tərəfindən aparılan sorğunun nəticələrinə görə, almanların 48 faizi sözügedən ölkədə insan hüquqlarının pozulmasına əsas gətirərək mundiala qatılmağa etiraz edir.

Bu fikir həm də Qətərdə qanunla qadağan edilən LGBT icmasına qarşı ayrı-seçkilik hesabatlarına əsaslanır. 

Respondentlərin yalnız 28 faizii Almaniyanın DÇ-2022-də iştirakının tərəfdarı olub, 24 faizi isə suala münasibət bildirməməyə üstünlük verib.

Bavariya parlamenti vəziyyətə İdman üzrə Federal Komissiyanın dinləmələrində baxacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər