Alman əfsanə türk klubunu çalışdıracaq

Alman əfsanə türk klubunu çalışdıracaq

Məşhur alman futbolçulardan biri olan Mario Besler "Türkgücü Osnabrück"ün yeni baş məşqçisi olub. 

Fanat.Az "Akşam" qəzetinə istinadən xəbər verir ki, Besler Almaniyanın 8-ci liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. 

Sözügedən xəbər Almaniya mətbuatında geniş əks-səda doğurub. Onun dostu ilə mərcdə uduzaraq baş məşqçi təklifini qəbul etdiyi iddia olunub.

"Türkgücü" məşhur mütəxəssislə anlaşdıqlarını rəsmən təsdiqləyib. 

Futbolçu ikən “Bavariya” və “Verder” klublarındakı uğurları ilə diqqət çəkən Mario Besler 1996-cı ildə Avropa Çempionatını qazanan Almaniya millisinin üzvü olub. Bundan başqa, o, 1994/95 mövsümündə Bundesliqada 20 qolla mövsümün bombardiri olub.

Məşqçilik karyerasına 2004-cü ildə Regensburqda başlayan Mario Besler “Ayntraxt Trayer”, “Vakker Burqauzen”, “Oberhauzen” və “Rot-Veys Frankfurt”u çalışdırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər