AL matçı öncəsi MY-yə bəd xəbər - Qoleadorsuz qaldı

AL matçı öncəsi MY-yə bəd xəbər - Qoleadorsuz qaldı

"Mançester Yunayted"in bombardiri Markus Reşford Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində "Sevilya" ilə ilk oyunu buraxacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə mankunianların rəsmi saytı məlumat yayıb.

Zədələnən vingerin əzələsində problem var. Onun bir neçə matçı buraxacağı gözlənilir.

Rüşford bu mövsüm "Mançester Yunayted"in bombardiridir. 25 yaşlı ingilis cari mövsümdə bütün yarışlarda 47 oyun keçirib, 28 qol vurub və 10 məhsuldar ötürmə edib.

"Mançester Yunayted" - "Sevilya" oyunu aprelin 13-də keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər