Agenti Donnarummanın gələcək planlarını açıqladı

Agenti Donnarummanın gələcək planlarını açıqladı

PSJ-nin qapıçısı Canluici Donnarummanın agenti Entso Rayola müştərisinin gələcək planlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Rayolanın dediklərini tanınmış insayder Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"O, PSJ-də qalmaq istəyir. Artıq yeni müqavilə ilə bağlı aparılan danışıq aparırıq. Cici PSJ-nin əfsanəsi ola bilər". 

Xatırladaq ki, Donnarumma 2021-ci ildə "Milan"dan ayrılaraq azad agent qismində Paris klubuna qoşulub. Onun Fransa nəhəngi ilə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər