AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA Premyer Liqa klublarını cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XII  turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub. 

“Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. 

“Səbail” klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunub.

“Sabah” – “Keşlə” oyununda “Keşlə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

“Sumqayıt” – “Zirə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər