AÇ: Daha iki "qızıl" şansı

AÇ: Daha iki "qızıl" şansı

Bu gün İspaniyada güləş üzrə gənclər Avropa çempionatına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, çempionatın yeddinci günündə sərbəst güləş üzrə Azərbaycan yığmasının təmsilçiləri üç medal qazana bilər.

Ceyhun Allahveriyev (61 kq) və Yusif Dursunov (125 kq) finalda, Timur Gülməhəmmədov (86 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu günədək güləşçilərimiz toplam 13 (3-3-7) mükafat qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər